Ölkə əhalisinin sayı cari ilin əvvəlindən 23 477 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il avqustun 1-ə 10 milyon 204 min 247 nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumata görə, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınların payına duşub.
Bu ilin yanvar-iyulunda doğum və ölüm halları da azalıb.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən yeni doğulan 58 min 401 körpə qeydə alınıb ki , bu da əhalinin hər 1000 nəfərinə 9,8 yeni doğulan deməkdir. Keçən il bu göstərici 11 nəfər idi.
Eyni zamanda 2024-cü ilin yanvar-iyulunda ölkədə 35 min 289 ölüm halı qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb.
Ölkədə nigahların da sayında azalma var.
Bu ilin yanvar-iyulunda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 26 min 837 nikah və 12 min 370 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dən 4,5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə, yəni 2,1 təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dən 4,5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə, yəni 2,1 təşkil edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !