Azərbaycan əhalisi artır

20:00 | 15.09.2014
Azərbaycan əhalisi artır

Azərbaycan əhalisi artır

Əhalinin sayı ilin əvvəlindən 63,3 min nəfər və ya 0,7 faiz artıb

Azərbaycanda əhalinin sayı açıqlanıb.

ANN.Az-ın Dövlət Statistika Komitəsinə İstinadla verdiyi məlumata görə, əhalinin sayı ilin əvvəlindən 63,3 min nəfər və ya 0,7 faiz artıb.

2014-cü ilin avqust ayının 1-i vəziyyətinə əhalinin sayı 9540,4 min nəfərə çatıb.

Bu ilin yanvar-iyul ayları ərzində ölkədə 95,4 min körpə doğulub. Doğulan körpələrin 53,6%-ni oğlanlar, 46,4%-ni qızlar təşkil edir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM