Azərbaycan əhalisinin sayı artıb

15:56 | 13.04.2015
Azərbaycan əhalisinin sayı artıb

Azərbaycan əhalisinin sayı artıb

Bu ilin mart ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı 9611,7 min nəfərə çataraq ilin əvvəlindən 18,7 min nəfər və ya 0,2% artıb.
 
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,1%-i şəhər, 46,9%-i kənd sakinlərinin, 49,8%-i kişilərin, 50,2%-i isə qadınların payına düşür. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM