Azərbaycan ərazisi ilə Qazaxıstan mənşəli maye qazın tranziti artıb

15:44 | 12.09.2023
Azərbaycan ərazisi ilə Qazaxıstan mənşəli maye qazın tranziti artıb

Azərbaycan ərazisi ilə Qazaxıstan mənşəli maye qazın tranziti artıb

2023-cü ilin yanvar-avqustunda "ADY Express" MMC tərəfindən Azərbaycan ərazisi ilə 141 958 ton Qazaxıstan mənşəli maye qaz nəql edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 70,7% çoxdur.

Qeyd olunan yük Xəzər dənizinin şimal hissəsindən, Rusiya ərazisindən keçərək Azərbaycana, daha sonra Gürcüstana və daha sonra üçüncü ölkəyə nəql edilir.
Hazırda ölkəmizdə keçən tranzit yüklərin arasında Qazaxıstan mənşəli məhsullar liderlik edir. Qazaxıstandan digər növ yüklərlə yanaşı ən çox maye qazın tranzit rejimdə nəqlində artım əldə edilib.
 
 "ADY Express" MMC" Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətidir.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM