Azərbaycan ərazisi ilə yükdaşımalar azalıb

16:12 | 25.03.2014
Azərbaycan ərazisi ilə yükdaşımalar azalıb

Azərbaycan ərazisi ilə yükdaşımalar azalıb

2014-cü ilin yanvar-fevral aylarında Azərbaycan ərazisindən nəqliyyat vasitələri ilə 6,06 milyon tondan artıq yük daşınıb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 6,9 faiz azdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında deyilir.Bu dövr ərzində yük ixracatı 4,84 milyon ton, idxalatı isə 1,23 milyon ton təşkil edib.Yanvar-fevral ayları ərzində dəniz nəqliyyatı ilə 21,47 min ton, dəmiryolla 372,86 min ton, avtomobil nəqliyyatı ilə 81,56 min ton, hava nəqliyyatı ilə 618,28 ton yük ixrac edilib, stasionar nəqliyyat vasitələri ilə daşınmalar isə 4,36 milyon ton olub.Ölkəyə dəniz nəqliyyatı ilə 325,84 min ton, dəmiryolla 638,87 min ton, avtomobil nəqliyyatı ilə 252,69 milyon ton, hava nəqliyyatı ilə 1,6 ton yük gətirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM