7 ballıq zəlzələ Bakıda da hiss olunub - YENİLƏNİB

10:40 | 04.09.2015
7 ballıq zəlzələ Bakıda da hiss olunub - YENİLƏNİB

7 ballıq zəlzələ Bakıda da hiss olunub - YENİLƏNİB

Zəlzələ olan bölgədən aktiv qırılma keçir 

Şəkidə baş verən güclü zəlzələ Azərbaycanın çox böyük ərazisini əhatə edib.
 
Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya şöbəsinin müdiri Tahir Məmmədlinin Lent.az-a verdiyi məlumata görə, 12 ballıq şkala üzrə episentrdə 7 bal gücündə olan zəlzələ Bakıya qədər bütün rayonlarda hiss olunub: Bakının hündürmərtəbəli binalarında yaşayan əhali də zəlzələni hiss edib. Şamaxıda zəlzələ 4 bal gücündə hiss olunub”.
 
T. Məmmədli deyib ki, zəlzələ olan bölgədən aktiv qırılma keçir: "Zaqatala-Balakəndən Şamaxıya qədər uzanan dərinlik qırılmasının aktiv hissəsi Şəkidən keçir. Ona görə də həmin bölgədə zəlzələ olması ehtimalı həmişə yüksək olub. Amma bilavasitə Şəkinin özündə belə yüksək maqnitudalı zəlzələ olmamışdı”.

 
 
 
*** 
 
Azərbaycan ərazisində zəlzələ olub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ bu gün saat 09.49-da Şəki arazisində qeydə alınıb.
 
Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub.
 
Zəlzələ 13 km dərinlikdə baş verib.
 
 
***
 
"Report”un xəbərinə görə, Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Ağdam, Sabirabad rayonlarında, habelə ölkənin bir sıra rayonlarında təkanlar qeydə alınıb.

Təkanlarla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi məlumat yayacağı gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM