"APA-Economics"in məlumatına görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.
Ş. Mustafayev bildirib ki, ölkəmizin tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədi ilə Azərbaycan prezidentinin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb: "Bu fərmanla Koordinasiya Şurasının tərkibi və əsasnaməsi təsdiq edilib. Koordinasiya Şurası qarşısında qoyulmuş vəzifələrin icrası üçün daşımaların vahid prinsip və şərtlərinin müəyyən olunması, tariflərin optimallaşdırılması, daşıyıcılar ilə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin olunması, tranzit prosedurlarının asanlaşdırılması və təkmilləşdirilməsi, daşınma prosedurlarının sayının və müddətinin azaldılması, tranzit yükdaşımalar sahəsində tam əlverişli sistemin tətbiqi, koordinasiya işlərinin gücləndirilməsi, xüsusilə yüklərin daşındığı ölkələr və aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur”.
Nazir qeyd edib ki, hazırda Koordinasiya Şurasında təmsil olunan qurumlarla görüşlər keçirilir, bu sahədə fəaliyyət göstərən nəqliyyat-ekspedisiya şirkətləri və digər biznes strukturları ilə müzakirələr aparılır: "Bundan başqa, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin mövcud vəziyyəti və problemləri öyrənilir, bu dəhlizlərin potensialının artırılması, rəqabət qabiliyyətinin yüksəldilməsi imkanları araşdırılır. Koordinasiya Şurasının elektron portalının yaradılması istiqamətində də müvafiq işlər görülür. Portal ölkənin dəmir yolları, dəniz nəqliyyatı, limanları və terminalları vasitəsilə tranzit yükdaşımalar ilə bağlı vahid tarifləri, sərhədkeçmə prosedurlarını, yükdaşımalar üzrə daşıma qaydalarını, dövlət sərhədindən keçmə zamanı inzibati prosedurlara dair elektron müraciətlərin qəbulu və yüklərin daşınması sahəsində müqavilələrin elektron üsullarla bağlanması imkanlarını, habelə yüklərin izlənməsi və daşınma prosesləri ilə əlaqədar digər məsələləri əks etdirəcək”.
Nazir bildirib ki, qeyd olunan işlərlə yanaşı, görülən işlərin beynəlxalq səviyyədə təşviqi üçün müvafiq tədbirlər zamanı dəhlizin üstünlükləri və tətbiq olunan yeniliklər barədə məlumatlandırma işləri həyata keçirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !