Separatçı Dağlıq Qarabağ rejimini təmsil edən idmançılar Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə iştirak ediblər. ANS PRESS-in məlumatına görə, "DQR"-i təmsil edən yeniyetmə idmançılardan Armen Sarkisyan 14-15 yaşlılar arasında, Qor Adamyan isə 16-17 yaşlılar arasında gümüş medal qazanıb. Qarnik Adamyan isə "Möhkəm iradə" mükafatına layiq görülüb. Yarışda 40 ölkəni təmsil edən 150 idmançı iştirak edib. Məsələ ilə bağlı Azərbaycan Kiokuşinkay Karate Federasiyası ilə əlaqə saxladıq. Federasiyadan ANS PRESS-ə məsələ ilə maraqlanacaqları məlumatını verdilər. Federasiya separatçı rejim təmsilçilərinin beynəlxalq yarışda iştirak etmələri ilə bağlı Beynəlxalq Karate Federasiyası və Asiya Karate Federasiyasına etiraz məktubu ünvanlayacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !