“Azərbaycan ermənilərə qarşı terror siyasəti həyata keçirib” – Lapşin

21:05 | 16.09.2017
“Azərbaycan ermənilərə qarşı terror siyasəti həyata keçirib” – Lapşin

“Azərbaycan ermənilərə qarşı terror siyasəti həyata keçirib” – Lapşin

Bir neçə gün əvvəl əfv edilən və İsrailə gedən bloger Aleksandr Lapşin Azərbaycan əleyhinə sərt və qərəzli mövqe sərgiləməyə başlayıb.

Azərbaycan 24 xəbər verir ki, Lapşin sosial şəbəkə hesabında prinsipial məsələ olan Qarabağla bağlı rəsmi Bakının əleyhinə yazı dərc edib. O, yazısında Azərbaycanı 1988-ci ildən başlayaraq Sumqayıt, Qarabağ və Bakıda ermənilərə qarşı terror siyasəti yürütməkdə ittiham edib. O həmin dövrdə Azərbaycandakı yəhudilərin 95%-nin də ölkədən getdiyini xatırladaraq guya monoetnik dövlət yaratmaq cəhdlərinin olduğunu göstərməyə çalışıb.

Yəhudi bloger ermənilərə müraciət edərək Qarabağ məsələsində zəif düşəcəkləri halda azərbaycanlıların türklərin 1915-ci ildə "törətdiyi qətliamı” təkrarlamağa qərarlı olduğunu iddia edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM