Azərbaycan-Ermənistan sərhədində görüş başlayıb

11:34 | 30.11.2023
Azərbaycan-Ermənistan sərhədində görüş başlayıb

Azərbaycan-Ermənistan sərhədində görüş başlayıb

Azərbaycanla Ermənistanın baş nazirlərinin müavinlərinin sərhəddə demimitasiya üzrə planlaşdırılan görüşü başlayıb. Bu barədə Ermənistan komissiyasına rəhbərlik edən baş nazirin müavini Mher Qriqoryan Ermənistan mətbuatına açıqlmasında deyib.  
 
"Komissiyaların iclası başlayıb", - məlumatda bildirilib.
 
Görüşdə Azərbaycanı baş nazirin müavini Şahin Mustafayev təmsil edir. 
 
Bundan əvvəl bu komissiyanın iclası 2023-cü ilin iyulunda baş tutub. 
 
Hazırda Ermənistanla Azərbaycan arasında sülh imzalanması istiqamətində danışıqlar aparılır. 
 
2020-ci ilin noyabrında Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib. 

 
Gülnar Nazimqızı 



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM