Azərbaycan Ermənistan üçün təhlükə mənbəyi deyil - Əliyev

23:44 | 07.01.2025
 Azərbaycan Ermənistan üçün təhlükə mənbəyi deyil  - Əliyev

Azərbaycan Ermənistan üçün təhlükə mənbəyi deyil - Əliyev

Azərbaycan Ermənistan üçün təhlükə mənbəyi deyil. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib. 
 
"Ermənistanın silahlanması yalnız yeni gərginliyə səbəb olacaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Ermənistan faktiki olaraq region üçün təhdid mənbəyidir.  Müstəqil erməni dövləti mahiyyətcə faşist bir dövlətdir. Çünki bu ölkəni təxminən 30 il ərzində faşist ideologiyasının daşıyıcıları idarə edib və onlar bu dövləti öz ideologiyalarına uyğun şəkildə formalaşdırıblar. Buna görə də faşizm məhv edilməlidir. Onu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz. Başqa çıxış yolumuz yoxdur", - Əliyev bildirib.

Onun sözlərinə görə,  Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlıq istəyir.
 
"Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi davranmamalıdırlar. Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Onlar bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır",  Prezident deyib. 

O həmçinin  Ermənistanın silahlanması məsələsinə də toxunub.

"Ermənistan dərhal silahlanmanı dayandırmalıdır. Fransa və Ermənistana silah tədarük edən digər ölkələr bu müqavilələri ləğv etməlidir. Ermənistana artıq tədarük edilmiş silahlar geri qaytarılmalıdır. Bu, bizim şərtimizdir",  - Əliyev deyib. 
 
N.Təbrizli
 











www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM