Azərbaycan Ermənistan vətəndaşını ölkəsinə təhvil verdi - YENİLƏNİB

14:38 | 04.03.2014
Azərbaycan Ermənistan vətəndaşını ölkəsinə təhvil verdi - YENİLƏNİB

Azərbaycan Ermənistan vətəndaşını ölkəsinə təhvil verdi - YENİLƏNİB

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini keçərkənsaxlanılan Ermənistan vətəndaşı Xocayan Mamika Tiqranoviç bu gün saat14:00 radələrində ölkəsinə təhvil verilib. Bubarədə Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarlaəlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.Ş.Sayılovibldirib ki, Xocayan Mamika Tiqranoviç Beynəlxalq Qızıl Xaç Komitəsinin(BQXK) köməkliyi ilə Ermənistan tərəfinə verilib.Qeyd edək ki, yanvarın 28-də mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən saxlanılıb.

ANN.Az

13:40

“Yanvarın 28-də qoşunların təmas xəttini keçərkən saxlanılan Ermənistan vətəndaşı Xocayan Mamika Tiqranoviçin bu gün ölkəsinə təhvil verilməsi nəzərdə tutulur”.

Bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib. O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməkliyi ilə həmin şəxsin bu gün Ermənistan tərəfinə verilməsi gözlənilir. Qeyd edək ki, yanvarın 28-də saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən sakinlər tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM