2024-cü il yanvarın 1-dən oktyabrın 21-dək Azərbaycan aviaşirkətləri Ermənistan Respublikasının hava məkanı üzərindən həyata keçirilən uçuşlara görə "ArmAeronaviqasiya" şirkətinə 133 760 avro ödəyiblər. Bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsinin erməni jurnalistlərinin yazılı sorğusuna cavabında bildirilib.
2024-cü il yanvarın 1-dən mayın 31-dək ödəniş məbləği təxminən 50 min avro olub, 2023-cü il ərzində isə bu məbləğ 90 min avrodan çox olub. Bütün bu ödənişlər müəyyən olunmuş prosedura uyğun olaraq "Eurocontrol" təşkilatının (Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatı) mərkəzi ofisi vasitəsilə həyata keçirilib.
QSC "ArmAeronaviqasiya" Ermənistanın hava məkanında uçuşların aeronaviqasiya xidmətini həyata keçirir.
N.Təbrizli
www.anews.az