Azərbaycan Ermənistanda keçiriləcək iclasda iştirak edəcək

20:21 | 09.12.2013
Azərbaycan Ermənistanda keçiriləcək iclasda iştirak edəcək

Azərbaycan Ermənistanda keçiriləcək iclasda iştirak edəcək

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri Xarici İşlər Nazirləri Şurasının dekabrın 12-də Ermənistanda keçiriləcək iclasında iştirak edəcək.Azərbaycan XİN-in mətbuat xidmətini rəhbəri Elman Abdullayev APA-ya bildirib ki, Azərbaycanı toplantıda XİN-in iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Şövqi Mehdizadə təmsil edəcək. İclas iştirakçıları QDİƏT çərçivəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər. Qurumda sədrlik Ermənistandan Bolqarıstana keçəcək. Əslində sədrlik Azərbaycan keçməli idi, lakin Azərbaycan tərəfi gələn il başqa beynəlxalq qurumlarda sədrliyi qəbul edəcəyi üçün QDİƏT-də sədrlik növbəsini Bolqarıstana verib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM