• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir - Elçin Əmirbəyov

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir - Elçin Əmirbəyov
03.10.2023 21:22
Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir.
 
Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın "Radio J” radio kanalına müsahibəsində deyib..

Elçin Əmirbəyov Azərbaycan tərəfindən Qarabağda həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri barədə məlumat verib.

Bildirib ki, anti-terror tədbirlərində məqsəd legitim hərbi hədəfləri yox etmək idi: "Bu, bizim suveren ərazimizdə olan Ermənistan silahlı qüvvələrinə aid qoşuna qarşı idi. Üç il idi Ermənistan öz üzərinə bu məsələ ilə əlaqədar öhdəlik götürmüşdü ki, qoşunlarını bizim ərazimizdən çıxarsın. Amma o, bundan imtina edirdi. Üstəlik onların son iki həftədəki təxribatları bizim çoxsaylı hərbçimizin və mülki şəxslərimizin həlak olmasına səbəb olmuşdu. Ona görə də bu, bizim reaksiyamız, cavabımız idi. Hədəfimiz qəti surətdə mülki şəxslər deyildi. Yenə deyirəm, hədəfimiz legitim hərbi hədəflər idi”.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, hazırda qeyri-qanuni separatçı qurum təslim olub:
"Onlar özləri öz qeyri-qanuni strukturlarının buraxıldığını elan ediblər. "Hazırda biz erməni icmasının təmsilçiləri ilə dialoq aparırıq. Onlarla artıq 3 görüş keçirilib. Onlarla erməni əhalisinin Azərbaycana reinteqrasiya məsələləri müzakirə edilib”.

İşğaldan azad olunan ərazilərə BMT missiyasının səfər etdiyini xatırladan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi diqqətə çatdırıb ki, həmin missiyanın tərkibində müxtəlif xarici KİV-lərin təmsilçiləri də olub.

"Onlar təsdiq ediblər ki, orada bir neçə yüz insan qalıb... Onların geri qayıtması üçün Azərbaycan hökumətinin səylərini də gözdən qaçırmamaq lazımdır. Hazırda ermənilər bu ərazidə qalmaq istəməyiblər. Üç on illik ərzində bu ərazilərin Ermənistan tərəfindən işğalı öz izini buraxıb. Xatırladım ki, BMT də bu işğalı qınamışdı. İndi isə lazımdır ki, bir çıxış yolu tapılsın, birgəyaşayış təmin olunsun. Həm azərbaycanlılar, həm də ermənilər üçün.”, - Elçin Əmirbəyov əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident yeni seçilən Roma Papasını təbrik edib
Siyasət 11:00
Prezident yeni seçilən Roma Papasını təbrik edib
MSK nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək
Siyasət 10:47
MSK nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər
Siyasət 09:57
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər
Anqola lideri İlham Əliyevə zəng edib
Siyasət 09:03
Anqola lideri İlham Əliyevə zəng edib
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
Siyasət 00:07
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 22:39
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Siyasət 21:54
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 20:59
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Siyasət 16:36
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol