• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Azərbaycan əsgəri ailəsinə məktub yazıb: "Düşmən qarşımızda dayana bilmir" - VİDEO

Azərbaycan əsgəri ailəsinə məktub yazıb:
26.10.2020 17:09
Azərbaycan əsgəri ailəsinə məktub ünvanlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi video yayıb.

Məktubda deyilir:

"Salam, ata. Məndən narahat olma. Burada hər şey yaxşıdır. Əsgər yoldaşlarım ilə birlikdə düşmənə qan uddururuq. İşğalda olan torpaqlarımızı azad edərək irəliləyirik. Düşmən qarşımızda dayana bilmir. Onların çoxlu döyüş texnikalarını, canlı qüvvəsini məhv etmişik və məhv etməkdə davam edirik. Əks-hücum əməliyyatımız başlayandan bizim də bölüyümüz çöl şəraitindədir.
 
Artıq hərbi hissədə yox, işğaldan azad olunan torpaqlarımızdayıq. Öz təminatımızın əla olmasına baxmayaraq, xalqımız sağ olsun, bizə isti paltar və isti yeməklər göndərirlər. Sən də burada olsaydın, ordumuzun gücünü görüb, qürurlanardın. Müasir döyüş texnikalarımızın qarşısında düşmən çox acizdir. Burada əsgər yoldaşlarımla dost və qardaş olmuşuq. Komandirlərimiz də bizə əsl böyük qardaş münasibəti göstərirlər. Hər bir problemimizi yerində həll edirlər. Məktubu yazdığım an komandir gəldi və məni qucaqlayaraq sizə salamını çatdırdı. Hər gün işğalda olan kəndlərin azad olunduğunu eşidəndə mən və əsgər yoldaşlarımla fəxr edirsən.
 
İnşallah, bütün torpaqlarımızı işğaldan azad edəcəyik. Bundan sonra daha da qürurlanacaqsan. Mən hərbi xidmətdə olduğum müddətdə belə bir tarixi döyüşün iştirakçısı olduğum üçün şərəf hissi keçirirəm. Hamıya salamlarımı çatdır. Bağrıma basıram hamınızı. Ali Baş Komandan dediyi kimi, Qarabağ Azərbaycandır!”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Cəmiyyət 22:36
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Binə TM-də elektrik dirəyi aşıb
Cəmiyyət 21:37
Binə TM-də elektrik dirəyi aşıb
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Cəmiyyət 20:04
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 19:11
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol