Azərbaycan əsgərləri koronavirusdan necə qorunur? - AÇIQLAMA

19:32 | 06.04.2020
Azərbaycan əsgərləri koronavirusdan necə qorunur? -  AÇIQLAMA

Azərbaycan əsgərləri koronavirusdan necə qorunur? - AÇIQLAMA

Dünyada sürətlə yayılan koronavirus (COVİD-19) Azərbaycandan da yan keçmədi. Bir çox dövlətlərdə olduğu kimi Azərbaycanda da bu virusa qarşı mübarizə tədbirləri həyata keçirilib. Bəs Azərbaycanda hərbi hissələrdə və ön cəbhələrdə koronavirusla mübarizə necə aparılır? 

Hərbi ekspert Əlisafa Mehdinin sözlərinə görə, koronavirusa yoluxma qorxusu yaranandan hərbi hissələr karantinə götürülüb. 
 
"Bütün güc strukturlarında sərhəd xidmətlərində, daxili qoşunlarda, o yerdəki şəxsi heyət bir binanın içində nəfəs-nəfəsə yatır, ora hər hansı bir vurusun düşməsi, epidemiyanın yayılması çox dəhşətli nəticələr verə bilər və kütləvi qırılma ilə nəticələnəcək.  Odur ki,  koronavirusa yoluxma qorxusu yaranan kimi bütün hərbi hissələri karantinə alındı. Martın əvvəlindən son dərəcədə ciddiləşdi. Bütün şəxsi heyət evə  buraxılmadı. Şəxsi heyət olan yerə giriş-çıxış məhdudlaşdırıldı. Ərzaq və  sursat gətirənlər məsafədən dezinfeksiya olundu. İndiyə qədər şəxsi heyyət arasında Azərbaycanda bir dənə də yoluxma halı baş verməyib. Bu gözəl haldır", - deyə Əlisəfa Mehdi bildirdi.

O, həmçinin bildirdi ki, martın 23-dən artıq daxili qoşunların,  Müdafiə Nazirliynin şəxsi heyəti nin əsgərləri yerlərdə postlara cəlb edildilər.
 
Polkovnik Şair Ramaldanov da bildirdi ki, Çində bu virus yayılanda artıq Azərbaycanda Müdafiə Nazirliyi lazım olan tədbirləri həyata keçirməyə başlamışdı.
 
 
"Hələ Çində koronavirus xəstəliyi yayılanda Azərbaycan Silahlı Qüvvələrində Müdafiə Nazirliyi müfaviq baş tibb idarəsi rəhbərliyi ilə lazım olan maarifləndirmə işlərini aparırdı. Azərbaycan Silahlı Qüvvələri hərbi hissə və bölmələri artıq bu virusa qarşı mübarizədə qabaqlayıcı tədbirlər görərək tam hazır vəziyyətə gətirilmişdi.

Tibb xidməti, dezinfeksiya məsələləri və şəxsi heyətin gigeniya məsələləri tam nəzarətdə idi. Azərbaycanda bayram öncəsi adətən açıq qapılar elan olunurdu. Virusla əlaqədar bu bayram da istisna oldu və açıq qapılar elan olunmadı. Valideynlərdən xahiş olundu ki, hərbi hissələrə gəlməsinlər. Bunun əvəzinə Müdafiə Nazirliyi tərəfindən hərbi hissə və bölmələrdə xidmət edən əsgərlər üçün onlayn şəraitdə görüntülü və görüntüsüz  valideynləri ilə bayramlaşmağa imkan yaradıldı".

Ekspert həmçinin dedi ki,  hərbi hissələrə daxil olan texnika da dezinfeksiya olunur,  əsgərlərin immunitetini qaldırmaq üçün lazım olan qidalar verilir.  
 
Ramaldnovun sözlərinə görə, gigiyena məsələləri də tam nəzarət altındadır. Hərbi hissələr yerləşən bütün ərazilər, eləcə də ön cəbhə, postlar hamısı vaxtı-vaxtında dezinfeeksiya olunur.

Gülnar Nazimqızı 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb