Oxu.Az xəbər verir ki, Rusiya Silahlı Qüvvələri şəxsi heyətlə iş üzrə Baş idarənin rəisi, general-mayor Mixail Smıslovun sözlərinə görə, paradda 15 xarici dövlətin ordu bölmələri iştirak edəcəklər.
Azərbaycanla birlikdə tədbirdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və ola bilsin, Moldova iştirak edəcəklər.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu tədbirləri Vladimir Putinin xarici siyasət təqvimində ilk və əsas bənd adlandırıb.
"Bu, çox böyük təbir olacaq. Ümid edirəm ki, çoxlu xarici iştirakçılar tədbirə qatılacaqlar. Tədbirlər zamanı mühüm ikitərəfli görüşlər keçiriləcək”, - deyə, o, bildirib.
Vladimir Putin əvvəllər bildirmişdi ki, MDB ölkələri liderlərini Qələbə Paradına dəvət edib.
"Bu yubileyi birlikdə qeyd etmək bizim ümumi borcumuzdur”, - Rusiyanın dövlət başçısı hesab edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !