Azərbaycan əsilli bədii gimnast Rusiya çempionu olub

18:00 | 28.02.2023
Azərbaycan əsilli bədii gimnast Rusiya çempionu olub

Azərbaycan əsilli bədii gimnast Rusiya çempionu olub

Azərbaycan əsilli bədii gimnast Lala Kramarenko Rusiya çempionu olub.

19 yaşlı idmançı Moskvada keçirilən turnirdə halqa, top, gürz və lentlərlə hərəkətlərdə uğurlu çıxış edib.

O, halqa ilə 40.45, topla 38.5, gürzlə 39.65 lentlə hərəkətlərdə isə 40.50 xalla birinci yeri tutub.

Beləliklə, Lala Kramarenko 4 növdə ölkə çempionu tituluna sahib çıxıb.

 Lala Kramarenko futbol üzrə Azərbaycan millisinin keçmiş üzvü, həmçinin yığmanın və Rusiyanın MOİK komandasının qapçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb