Azərbaycan əsilli qadın ailəsi ilə birlikdə Moskva aeroportunda yaşayır

10:14 | 01.11.2015
Azərbaycan əsilli qadın ailəsi ilə birlikdə Moskva aeroportunda yaşayır

Azərbaycan əsilli qadın ailəsi ilə birlikdə Moskva aeroportunda yaşayır

Qazaxıstanın Rusiyadakı səfirliyi İraqdan ailəsi ilə birlikdə Rusiyaya qaçan Gülistan İsa-Şahonun Qazaxıstan vətəndaşı olduğunu təkzib edib.

Oxu.Az Tengrinews.kz-a istinadən xəbər verir ki, konsulluğun əməkdaşları qadınla danışıblar.

O 1981-ci ildə Azərbaycanda doğulduğunu, uşaqlıqda bir neçə il Qazaxıstanda yaşadığını və əslən kürd olduğunu bildirib.

"Ona Qazaxıstan vətəndaşlığı və pasportu heç vaxt verilməyib. O 1998-ci ildə İraqa köçüb və İraq vətəndaşına ərə gedərək bu ölkənin vətəndaşlığını alıb”, - səfirlikdə qeyd ediblər.

Diplomatlar həmçinin bildiriblər ki, qadın Qazaxıstanın rəsmi qurumlarına hər-hansı xahişlə müraciət etməyib. Beləliklə, Gülistan İsa-Şaho və onun ailəsinin sonrakı aqibəti ilə bağlı məsələ  Rusiyanın miqrasiya orqanlarının səlahiyyətindədir.

Gülistan İsa-Şahonun qaçqın statusunun alınması ilə əlaqədar Rusiya Federal Miqrasiya Xidmətinə təkrar müraciət etdiyi bildirilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM