Kiyev şəhər administrasiyasında "Eurovision - 2017” mahnı müsabiqəsinin yarımfinallarının püşkatma mərasimi keçirilib.
ANN.Az Report-a istinadla xəbər verir ki, əvvəlcə keçən il müsabiqəyə ev sahibliyi edən Stokholmun meri Yeva-Luiza Erlandsson Slorah ev sahibinin rəmzi açarını Kiyevin meri Vitali Kliçkoya təqdim edib.
Azərbaycan püşk nəticəsində ilk yarımfinalın birinci hissəsində Monteneqro, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, İsveç, Albaniya, Avstraliya ilə birgə çıxış edəcək.
İlk yarımfinalın ikinci hissəsində Kipr, Sloveniya, Ermənistan, Moldova, Çexiya, Latviya, İslandiya, Yunanıstan, Polşa çıxış edəcək. Birbaşa böyük finala vəsiqə qazanan "böyük beşlik” ölkələrindən İtaliya, İspaniya və Böyük Britaniya bu yarımfinalda səs verəcəklər.
İkinci yarımfinalın birinci hissəsində Makedoniya, Malta, Hollandiya, Serbiya, Danimarka, Rusiya, Rumıniya, Macarıstan, Avstriya, İrlandiya, ikinci hissəsində isə İsveçrə, Estoniya, İsrail, Bolqarıstan, San-Marino, Litva, Xorvatiya, Norveç, Belarus çıxış edəcək. Bu yarımfinalda "böyük beşlik”dən Almaniya və Fransa, eləcə də bu il müsabiqəyə ev sahibliyi edəcək Ukrayna da səs verəcək.
Xatırladaq ki, "Eurovision - 2017” müsabiqəsi Kiyevdə mayın 9, 11 və 13-də keçiriləcək.
Azərbaycanı müsabiqədə müğənni Diana Hacıyeva təmsil edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !