Azərbaycan fələstin xalqına maliyyə yardımı göstərdi

12:28 | 31.10.2014
Azərbaycan fələstin xalqına maliyyə yardımı göstərdi

Azərbaycan fələstin xalqına maliyyə yardımı göstərdi

Azərbaycan Fələstin xalqına 500.000 manat humanitar yardım göstərib. Bu barədə "Report"a Fələstinin Azərbaycandakı səfiri Nəsir Əbdül Kərim bildirib. "Azərbaycan İsrailin sonuncu təcavüzünün ardınca ötən ay Fələstin xalqına 500.000 manat humanitar yardım göstərib" - deyə, N.Ə.Kərim bildirib.

Səfir qeyd edib ki, qardaş Azərbaycan Respublikası tarixən hökumət və xalq olaraq Fələstinə sabit, prinsipial dəstəyini göstərib və daimi olaraq Fələstin məsələsində beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq və beynəlxalq qanunvericiliyin qərar və qətnamələrinin tətbiq edilməsinə çağırıb. O xatırladıb ki, Azərbaycan işğal altındakı Fələstin Dövlətində Qüds-Şərifin infrastrukturunun inkişaf etdirilməsi layihələrinə dəstək üçün 2013-cü ildə 5 milyon dollar məbləğində yardım göstərib. "Gördüyünüz kimi, Azərbaycan mətanətlə daimi olaraq Fələstinin yanındadır", - deyə, səfir vurğulayıb.

Report.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM