Azərbaycan filmləri Dakka festivalında

13:26 | 23.01.2017
Azərbaycan filmləri Dakka festivalında

Azərbaycan filmləri Dakka festivalında

"Dərs” və "Qırmızı bağ” bədii filmləri 15-ci Dakka Beynəlxalq Film Festivalında nümayiş olunub.
 
C. Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, festival 12-20 yanvar tarixlərində Banqladeşin paytaxtı Dakka şəhərində keçirilib.
 
"Dərs” tammetrajlı bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub.
 
Ekran əsərinin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
 
Filmdə  baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.
 
Azərbaycan və Rusiyanın birgə istehsalı olan "Qırmızı bağ” filmi Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın "WeiT Media” kino şirkətində lentə alınıb.
 
Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media). Baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM