Azərbaycan Formula 1-in vaxtını dəyişmək istəyir

11:18 | 25.04.2019
Azərbaycan Formula 1-in vaxtını dəyişmək istəyir

Azərbaycan Formula 1-in vaxtını dəyişmək istəyir

Azərbaycan Formula 1 Qran Prisi yarışlarının keçirilməsi vaxtının dəyişdirilməsi ilə bağlı danışıqlar aparır.
 
Anews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib: "Hazırda Formula 1 yarışları 21 mərhələdən ibarətdir. İlk yarış ölkəmizdə iyun ayında keçirilib. Gələcək illərdə də yarışların iyun ayında aparılması üçün danışıqlar aparılır. Hazırda 4 ölkə Qran Pri yarışlarının keçirilməsi üçün növbə gözləyir".

Xatırladaq ki, Bakıda 26-28 aprel tarixlərində Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb