Azərbaycan Fransa vətəndaşını Lüksemburqa təhvil verib

13:47 | 15.10.2024
Azərbaycan Fransa vətəndaşını Lüksemburqa təhvil verib

Azərbaycan Fransa vətəndaşını Lüksemburqa təhvil verib

Lüksemburq hakimiyyət orqanları tərəfindən iqtisadi sahədə cinayətlər törətməkdə ittiham olunaraq beynəlxalq axtarışa verilən Fransa vətəndaşı Sedrik Mişlin (1987-ci il təvəllüdlü) və qanunsuz miqrasiyanı təşkil etməkdə ittiham olunaraq Rumıniya tərəfindən beynəlxalq axtarışa verilən Türkiyə vətəndaşı Oğuz Atalay (1975-ci il təvəllüdlü) barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinə vəsatətlər göndərilib.


Bu il həmin şəxslər Azərbaycanda aşkar edilib və onlar barəsində həbs qətimkan tədbiri seçilib.


Avropa "Ekstradisiya haqqında" Konvensiyası və Əlavə Protokollar əsasında həmin şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi müşayiət dəstəsi tərəfindən Rumıniya və Lüksemburqun müvafiq orqanlarına təhvil verilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM