Azərbaycan Fransaya nota verdi

19:32 | 02.10.2014
Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdi

Səbəb Fransa Milli Assambleyasının üzvü Fransua Roşbluanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəridir
Fransa Milli Assambleyasının üzvü Fransua Roşbluanın Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfəri və 23-26 sentyabr tarixlərində Parisdə keçirilmiş beynəlxalq turizm sərgisində Ermənistana aid pavilyonda qondarma Dağlıq Qarabağ rejiminin də təmsil olunması ilə əlaqədar Azərbaycan Respublikasının Fransadakı səfirliyi tərəfindən Fransanın Xarici İşlər Nazirliyi, Fransa Milli Assambleyası və turizm sərgisinin təşkilatçısı olan şirkətə müvafiq olaraq etiraz notası və məktubları göndərilib. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məlumat verib.
 
H. Hacıyev bildirib ki, Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə bu ilin oktyabr ayının sonunda Fransada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ərəfəsində Ermənistan, Fransadakı erməni diasporu və onun bilavasitə təsiri altında olan Fransua Roşbluan kimi şəxslər tərəfindən məqsədyönlü şəkildə belə qeyri-qanuni əməllərə yol verilməsi ilk növbədə Fransaya qarşı törədilmiş təxribatçılıq cəhdidir: “Ermənistan və Fransadakı erməni diasporunun təsiri altında olan və şovinist və irqçi baxışlara malik Fransua Roşbluan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimlə qurduğu təmaslarla separatizm, etnik təmizləmə, insanlığa qarşı cinayətlər, işğal və təcavüzün təşviqinə rəvac verir”. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM