Azərbaycan futboluna ağır itki üz verib

12:06 | 16.06.2014
Azərbaycan futboluna ağır itki üz verib

Azərbaycan futboluna ağır itki üz verib

Azərbaycan yığmasının sabiq baş məşqçisi vəfat etdi

Azərbaycan futboluna ağır itki üz verib. Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət milli komandamızın sabiq baş məşqçisi Şamil Heydərov 77 yaşında dünyasını dəyişib.

1937-ci ildə anadan olan mütəxəssis bir müddət idi müalicə olunurdu. O, ürək ağrılarından əziyyət çəkirdi.

Qeyd edək ki, Heydərov müxtəlif vaxtlarda Mingəçevirin “Avtomobilçi” komandasının baş məşqçisi olub. Daha sonra “Neftçi”də Ruslan Abdullayevin, Əhməd Ələsgərovun köməkçisi olub.

Mütəxəssis bir müddət qadınlardan ibarət Azərbaycan yığmasının, eləcə də U-19 və U-17 komandalarının, eləcə də “Ruslan-93” klubunun baş məşqçisi olub.

Allah rəhmət eləsin!

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM