Azərbaycan futbolunda növbəti biabırçılıq yaşanıb.
Xəbərə görə, bu dəfə qalmaqalın mərkəzində Tələbə Futbol Federasiyası durur. İspaniyanın Malaqa şəhərində keçirilən futzal üzrə tələbələrin dünya çempionatında iştirak edən Azərbaycan yığmasının saxtakarlığa əl atdığı bildirilir. Turnir çərçivəsində keçirilən ilk oyunda Belarusa 1:5 hesabı ilə məğlub olan millimiz ikinci görüşdə Omana qalib gəlib - 6:5.
III turda Rusiya ilə görüş ərəfəsində Azərbaycan yığmasının saxtakarlığa əl atdığı məlum olub. Komandamızın heyətində turnir üçün tələb olunan yaş həddini keçmiş futbolçuların olduğu müəyyənləşib. Nəticədə Rusiya ilə oyunda texniki məğlubiyyət alan (0:5) yığmamızı İspaniyadan qovublar.
Əldə etdiyimiz məlumata görə, federasiya rəsmiləri turnirə tələbələri yox, peşəkar futbolçuları aparıb. Amma onları heyətə daxil edərkən də yaş həddini nəzərə almayıblar. Federasiya rəsmilərinin saxtakarlığı Azərbaycanın nüfuzuna zərbə vurulması ilə nəticələnib.
Xatırladaq ki, Tələbə Futbol Federasiyasının prezidenti Fazil Qarayev, vitse-prezidenti isə Oqtay Abdullayevdir (publika.az).
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !