Azərbaycan futbolunda şok yenilik

11:59 | 02.07.2014
Azərbaycan futbolunda şok yenilik

Azərbaycan futbolunda şok yenilik

Peşəkar Futbol Liqası (PFL) daha bir yeniliyə imza atmağa yaxındı.Bu barədə apasport.az saytına PFL prezidenti Ramin Musayev məlumat verib.O bildirib ki, azərbaycanlı futbolçuların Türkiyə Superliqasında çıxış etməsi üçün yaxşı imkan yaranıb:“Hazırda bu istiqamətdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası və Türkiyə Futbol Federasiyası nümayəndələri arasında danışıqlar gedir. Əgər danışıqlar müsbət yekunlaşarsa, türkiyəli futbolçular Azərbaycan çempionatında, azərbaycanlı futbolçular isə Türkiyə Superliqasında oynayacağı təqdirdə legioner statusu daşımayacaqlar”.PFL rəhbəri bu məsələnin yaxın günlərdə müsbət sonluğa doğru yekunlaşacağına inandığını vurğulayıb:“Əgər tərəflər arasında protokol bağlanılacağı halda, anlaşmanın şərtləri cari mövsümə tətbiq olunacaq”.Xatırladaq ki, təxminən 10 ildir Türkiyə çempionatında azərbaycanlı futbolçulara güzəşt tətbiq edilir. Lakin bu, indiyədək yalnız I liqa klubları üçün keçərlidir.I dəstədə mübarizə aparan hər klubun heyətində türkdilli ölkələrdən (Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan) olan 2 futbolçu legioner statusu daşımır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM