Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetirmək üçün Xəzər dənizinə çıxıblar.
anews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müsabiqənin bu epizodunda Rusiya HDD-nin "Qrad Sviyajsk” kiçik raket gəmisi birinci, Qazaxıstan HDQ-nin "Sarıarka” raket-artilleriya gəmisi ikinci, Azərbaycan HDQ-nin "G-124” gözətçi gəmisi üçüncü və İran HDQ-nin "Cövşən” raket kateri sonuncu olaraq artilleriya atışları üzrə tapşırıqları icra edəcəklər.
Avqustun 4-dək davam edəcək birinci mərhələdə hərbi gəmilərin ekipajları hava hədəf və nişanlarının, eləcə də, üzən minaları təqlid edən hədəflərin məhv edilməsi üzrə yarışacaqlar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !