• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

Azərbaycan gender bərabərliyi indeksində irəlilədi

Azərbaycan gender bərabərliyi indeksində irəlilədi
22.04.2015 15:17
"Avropa Şurasında Azərbaycanın gender bərabərliyi üzrə qərarlaşdığı 3-cü qrupdan 2-ci qrupa daxil edilməsi müzakirə olunub”. Bunu APA-ya açıqlamasında Avropa Şurasının gender bərabərliyi üzrə Komissiyasının iclasında Azərbaycan hökumətini təmsil edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
 
E. Səfərov bildirib ki, müzakirələr zamanı Azərbaycanda son bələdiyyə seçkilərində bələdiyyə üzvü olan qadınların sayının artaraq 34,9 faizə çatması müsbət hal kimi qiymətləndirilib: "Eyni zamanda, icra başçılarının qadın müavinlərinin sayının artması da müsbət tendensiya kimi xarakterizə olunub. Avropa Şurası gender bərabərliyi üzrə ölkələri 4 qrupa ayırır ki, Azərbaycan 2009-cu ildə aparılmış qiymətləndirmənin hesabına 3-cü qrupda yer alıb. Bildirim ki, son bələdiyyə seçkilərində bələdiyyə üzvü olan, habelə bələdiyyə sədri olan qadınların sayının artması faktı nəzərə alınmayıb. Bu ilin sonuna kimi sorğu keçiriləcək. Yeni məlumatlar əlavə edildikdən sonra Azərbaycan 2-ci qrupa yüksələcək. Qeyd etmək istəyirəm ki, Ermənistan 4-cü qrupdadır”.
 
E. Səfərov müzakirələr zamanı hazırda müharibə şəraitində yaşayan ukraynalı nümayəndələrlə təcrübə mübadiləsinin aparıldığını qeyd edib: "Dağlıq Qarabağ münaqişəsi nəticəsində 450 min azərbaycanlı qadınının zorakılığa məruz qaldığını ukraynalıların diqqətinə çatdırdıq. Müharibədən əziyyət çəkən ölkə kimi öz təcrübəmizi onlarla bölüşdük”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masazırda açıq ərazidə yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 00:10
Masazırda açıq ərazidə yanğın söndürülüb - Yenilənib
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:19
Sabah bu ərazilərdə işıq olmayacaq
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Cəmiyyət 22:15
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Araz Ağalarova qarşı məhkəmə icraatına başlanılıb
Cəmiyyət 21:49
Araz Ağalarova qarşı məhkəmə icraatına başlanılıb
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Cəmiyyət 21:14
Göygöldə xəstə yaxınları təcili yardım maşınına hücum edib
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb
Cəmiyyət 21:07
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb
Şəxsiyyət vəsiqələrinin forması dəyişir
Cəmiyyət 18:05
Şəxsiyyət vəsiqələrinin forması dəyişir

Əmanətini Yelo Bank-a etibar et, illik 12%-dək gəlir qazan
Cəmiyyət 17:04
Əmanətini Yelo Bank-a etibar et, illik 12%-dək gəlir qazan
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq
Cəmiyyət 16:28
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol