Azərbaycanın qadın gimnastları Macarıstanın Debresen şəhərində keçirilən bədii gimnastika üzrə Dünya kuboku yarışlarında uğurla çıxış ediblər.
AzərTaca xəbər verir ki, çoxnövçülükdə 34,483 bal toplayan Azərbaycan komandası birinci yeri tutmuşdur.
İkinci yerə Çin (34,450), üçüncü yerə isə İsrail (32,933) gimnastları çıxmışlar.
Yeniyetmələrin komanda turnirində gimnastlarımız Jalə Piriyeva və Züleyxa İsmayılova bürünc medal qazanmışlar.
AzərTac
Bizi sosial şəbəkələrdə izləyin !