Azərbaycan gimnastları beynəlxalq turnirdə 13 medal qazanıblar

11:18 | 02.04.2023
Azərbaycan gimnastları beynəlxalq turnirdə 13 medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə 13 medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Suada Dilberoviç turnirində 13 medal qazanıblar.

Federasiyadan  verilən məlumata görə, onlardan 3-ü qızıl, 5-i gümüş və 5-i bürünc əyarlıdır.

Alina Məmmədova üç qızıl (çoxnövçülük, halqa, top), bir gümüş (lent), bir bürünc ( gürzlər), Leyli Ağazadə iki qızıl (gürzlər, lent), iki gümüş (çoxnövçülük, halqa), bir bürünc ( top), Mədinə Dəmirova isə iki gümüş ( top, gürzlər) və üç bürünc ( çoxnövçülük, lent, halqa) medala sahib çıxıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb