Azərbaycan gimnastları beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar

19:00 | 19.03.2023
Azərbaycan gimnastları beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar

Batut gimnastikası üzrə Azərbaycan yığması Latviyanın paytaxtı Riqada keçirilən beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıb.

Federasiyadan verilən məlumata görə, fərdi proqramda Selcan Mahsudova, Samirə Hüseynova, Hüseyn Abbasov birinci, Mehdi Əliyev ikinci yeri tutub.

Mahsudova böyüklər, Hüseynova 11-12 yaşlılar, Abbasov 15-16 yaş yaşlılar arasında qızıl, Əliyev isə 15-16 yaşlılar arasında gümüş mükafata yiyələnib.

Azərbaycan millisi, həmçinin, Avropa Gimnastikasının təşkilatçılığı ilə "inkişaf təlim-məşq” düşərgəsinə qatılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb