Azərbaycan Gömrük İttifaqına rəsmi şəkildə etiraz etdi

16:37 | 27.12.2013
Azərbaycan Gömrük İttifaqına rəsmi şəkildə etiraz etdi

Azərbaycan Gömrük İttifaqına rəsmi şəkildə etiraz etdi

Ermənistan silahlı qüvvələrini işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmayınca və ölkəmizin ərazi bütövlüyü bərpa olunmayınca, bu dövlətin Gömrük İttifaqına daxil olmasına Azərbaycan rəsmi şəkildə etiraz edir.Bu sözləri AzərTAc-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.Şöbə müdiri bildirib ki, Ermənistanın Dağlıq Qarabağı və ətraf yeddi rayonu zəbt edən bir işğalçı dövlət qismində hansısa ittifaqa və yaxud birliyə daxil olması beynəlxalq hüququn prinsiplərinə ziddir.Əli Həsənov deyib: “Hamıya məlumdur ki, BMT-nin, ATƏT-in və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı təsdiq olunub və birmənalı şəkildə işğalçı dövlətin zəbt etdiyi əraziləri boşaltmaq tələbi ortaya qoyulub. Buna görə də Ermənistanın Gömrük İttifaqına və yaxud bu tipli digər qurumlara daxil olması yalnız işğal altında olan torpaqlar azad edildikdən sonra baş verə bilər”.Prezident Administrasiyasının rəsmisi bildirmişdir ki, əks təqdirdə Ermənistanın ərazi və sərhədləri hansısa ittifaqa daxil olma məqamında Azərbaycanın pozulmuş ərazi bütövlüyü hesabına beynəlxalq yurisdiksiyalarla ziddiyyət təşkil edir. Bu dövlət ya rəsmi şəkildə işğal edilmiş ərazilərə iddialı olduğunu etiraf etməli, daxil olduğu qurumlar isə bunu qəbul etməlidir, ya da ki, həmin torpaqları geri qaytarmalı və BMT çərçivəsində təsdiq olunmuş əraziləri ilə yeni ittifaqlara üzv olmalıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb