Azərbaycan Gürcüstana böyük həcmdə investisiyalar yatırır

13:00 | 10.12.2014
Azərbaycan Gürcüstana böyük həcmdə investisiyalar yatırır

Azərbaycan Gürcüstana böyük həcmdə investisiyalar yatırır

2014-cü ilin üçüncü rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 95 mln. ABŞ dolları həcmində birbaşa xarici investisiya (BXİ) yatırıb.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Gürcüstana ən böyük həcmdə birbaşa xarici investisiyalar yatırmış ölkələr arasında ikinci yerdədir. Hesabat dövründə 149 mln. ABŞ dolları məbləğində ən böyük BXİ isə Çindən daxil olub ki, bu da ümümi BXİ-nin 29%-ni təşkil edir.

Gürcüstana böyük həcmdə investisiya qoymuş digər ölkələr arasında Niderland (90 mln. ABŞ dolları), Panama (44 mln. ABŞ dolları ), Malta (34 mln. ABŞ dolları) və Böyük Britaniya (27 mln. ABŞ dolları) yer alıb.

Məlumata əsasən, 2014-cü ilin üçüncü rübündə Gürcüstan iqtisadiyyatına yatırılan BXİ-nin ümumi həcmi ötən ilin analoji göstəricisi ilə müqayisədə təxminən iki dəfə artaraq 508 mln. ABŞ dolları təşkil edib. Ən böyük həcmdə investisiyalar tikinti, nəqliyyat və rabitə, daşınmaz əmlak, emal sənayesi, maliyyə və digər sahələrə qoyulub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM