Azərbaycan gübrə ixracını artırıb

16:28 | 19.05.2023
Azərbaycan gübrə ixracını artırıb

Azərbaycan gübrə ixracını artırıb

2023-cü ilin yanvar-martında Azərbaycan 93,617 ton mineral gübrə ixrac edib ki, bu da 2022-ci ilin birinci rübünün göstəricisindən 17,2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

İxrac olunmuş mineral gübrələrin ümumi dəyəri 27 milyon 392,7 min dollar (azalma 48,5%) olub.

Bununla yanaşı, yanvar-martda Azərbaycana 14 milyon 260,1 min dollar (artım 34,4%) məbləğində 21,882 min ton (artım 40,9%) mineral gübrə idxal edilib.

Azərbaycanda  mineral gübrələr SOCAR Karbamid Zavodunda istehsal olunur. 

SOCAR Karbamid Zavodu 2019-cu il yanvarın 16-da istifadəyə verilib, iyunda müəssisə karbamid ixracına başlayıb. Müəssisənin üç istehsal sahəsi var. Bura  ammonyak, karbamid və  karbamid qranullarının istehsalı daxildir. 

Zavodun gücü sutkada 1,2 min ton ammonyak və 2 min ton karbamid istehsal etməyə imkan verir.
 
Zavodun karbamid ixracından illik gəlirinin 160 milyon dollar olacağı proqnozlaşdırılır.
 
Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Onun  500 milyon avrosu kredit hesabına ödənilib. 
 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM