Azərbaycan-Gürcüstan sərhədində son vəziyyət – VİDEO

09:32 | 03.05.2019
Azərbaycan-Gürcüstan sərhədində son vəziyyət – VİDEO

Azərbaycan-Gürcüstan sərhədində son vəziyyət – VİDEO

Azərbaycan-Gürcüstan sərhədindəki "Sınıq Körpü" gömrük postunda hazırda vəziyyət normaldır.

Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, ötən gün yaranmış problemlər dünən axşam saat 23:30-da həll olunub.

"Dünən axşamdan başlayaraq, gömrük normal iş qrafikinə keçib”, - deyə Natiq Axundov bildirib.

Qurum rəsmisi vurğulayıb ki, dünən "Sınıq Körpü" gömrük postunda yaranmış gərginlik Gürcüstan tərəfindən qaynaqlanıb.

"Gürcüstan tərəfində problmelər yaranıb. Bildirdiklərinə görə, Gürcüstan tərəfində keçid məntəqəsində sistemdə ümumi problemlər yaranıbmış. Bu səbəbdən də, gərgin vəziyyət yaranıb”.

Qeyd edək ki, dünən Azərbaycanın Gürcüstanla sərhədində yerləşən "Sınıq Körpü" sərhəd keçid məntəqəsində problem yaranıb. Yüzlərlə şəxs Gürcüstandan Azərbaycana keçə bilməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb