Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü fevralın 19-na təyin olunub.
Bu barədə APA-ya Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüş Gürcüstanda keçiriləcək.
Xatırladaq ki, sözügedən görüşün vaxtı bir neçə dəfə açıqlansa da, təxirə salınıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !