Azərbaycan Gürcüstandan minik avtomobillərinin idxalını 16% artırıb

20:00 | 29.10.2020
Azərbaycan Gürcüstandan minik avtomobillərinin idxalını 16% artırıb

Azərbaycan Gürcüstandan minik avtomobillərinin idxalını 16% artırıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 17 602 ədəd minik avtomobili ixrac olunub.
Bu barədə "Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 15,8% çoxdur.
Doqquz aylıq ixracın dəyəri 178,2 milyon ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə 4,5% çoxdur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM