"Azərbaycan gözəli - 2016” gözəllik müsabiqəsinin qalibi Günel Ağayeva Türkiyədə iştirakçısı olduğu "Hande Ataizi ile” evlilik verilişində namizədindən ayrılaraq proqramı tərk edib.
Anews.az xəbər verir ki, model bu barədə Sputnik Azərbaycan-a açıqlamasında deyib.
O, buna səbəb kimi verilişin iştirakçıları arasında yaranan mübahisələri və namizədi Məhəmməd haqqındakı mənfi rəyləri göstərib.
Günel Ağayeva yenidən aktrisalıq dərsləri almağa davam edəcək. Model artıq bir neçə aydır Türkiyədə yaşayır. O, reklam layihələri, Türkiyə və Azərbaycanı istehsalı olan filmlərdə çəkilmək istəyir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !