Yanvar-iyul ayları ərzində Azərbaycanın mal idxal etdiyi ölkələr arasında əsas yeri Rusiya tutub.Gün.Az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə Azərbaycandan Rusiyaya 698 mln. 38,1 min dollar həcmində mal idxal olunub. Bu da ölkə üzrə cəmi idxalın 14,29 faizini təşkil edib.İdxal həcminə görə daha sonra 690 mln. 593,64 min dollarla Türkiyə, 378 mln. 123,05 min dollarla Almaniya sıralanıb.Çin və ABŞ isə müvafiq olaraq 7,59 faiz və 7,56 faiz idxal payları ilə 4-5 yerləri tutub.Daha sonra isə siyahıda Böyük Britaniya, Ukrayna, Qazaxıstan, İtaliya və Koreya gəlməklə ilk onluğu tamamlayıblar.Qeyd edək ki, yanvar-iyul ayları ərzində Azərbaycan 137 ölkə ilə 18 mlrd. 133 mln. 507,99 min dollar həcmində ticarət əməliyyatı aparıb.Ticarət əməliyyatlarının 4 mlrd. 884 mln. 455,66 min dollarını Azərbaycana idxal, 13 mlrd. 249 mln. 52,33 min dollarını isə ölkədən ixrac təşkil edib. Beləliklə də ticarət dövriyyəsində 8 mlrd. 354 mln. 596,67 min dollar müsbət saldo yaranıb.İlk yeddi ayda ölkədən 1 732 çeşiddə mal ixrac olunub, 5 min 436 çeşiddə isə mal idxalı həyata keçirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !