Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO

17:39 | 12.02.2024
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO

Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO

Ermənistan Zəngilan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, bir hərbçi yaralanıb. Bu barədə Azərtac məlumat yayıb. 

"Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb", - məlumatda deyilir. 
 
Xəbər Azərbaycan Sərhəd Xidmətinə məxsus videomaterial ilə də təsdiqlənib. 
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM