Azərbaycan hərbçilərini nə üçün Rusiya məktəblərinə oxumağa göndərir? - Rəsmi açıqlama

20:19 | 18.07.2014
Kərim Vəliyev: “Azərbaycan Silahlı Qüvvələri birmənalı olaraq NATO standartlarına uyğun formalaşdırılır”“Azərbaycan Silahlı Qüvvələri NATO-ya inteqrasiya istiqamətində qurulur”.APA-nın məlumatına görə, bunu müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev KİV rəhbərləri ilə görüşdə deyib.Nazir müavini Azərbaycan Ordusunun NATO proqramlarından imtina etməsi və keçmiş SSRİ, Rusiya hərbi sisteminə üz tutması barədə iddiaların əsassız olduğunu qeyd edib.“Azərbaycanın NATO-ya inteqrasiya yolu tutduğu birmənalıdır. Doğrudur, biz müxtəlif ölkələrin, o cümlədən Rusiyanın hərbi sahədə təcrübəsini öyrənirik, lakin ordu quruculuğu, Silahlı Qüvvələrin formalaşdırılması NATO standartlarına uyğun aparılır”, - deyə K. Vəliyev vurğulayıb. O, hazırda 237 nəfərin müxtəlif ölkələrin hərbi məktəblərində təhsil aldığını deyib: “Rusiyanın hərbi məktəblərində oxuyanlarımız var. Lakin onların sayı çox azdır. Əksər hərbçilərimiz NATO sistemli ölkələrdə təhsil alır”.K. Vəliyev Rusiya hərbi məktəblərindən tam imtina olunmamasının səbəblərini də açıqlayıb: “Məlumdur ki, Azərbaycan Ordusunun istifadəsində əsasən Rusiya istehsalı olan texnika və silahlardır. Onlardan istifadə mənimsəmək üçün Rusiya hərbi məktəblərində təhsil almağa ehtiyac var. Hərbçilərimiz də məhz bu məqsədlə Rusiya hərbi təhsil almağa göndərilir. Taktiki və digər hazırlıqlarda isə Rusiya təhsil sisteminin proqramlarından birmənalı istifadə olunmur”.

ANN.Az