Azərbaycan hökuməti daha 35 məhbusu İrana verəcək

09:02 | 26.05.2014
Azərbaycan hökuməti daha 35 məhbusu İrana verəcək

Azərbaycan hökuməti daha 35 məhbusu İrana verəcək

Azərbaycan həbsxanalarında cəza çəkən daha 35 iranlı məhbus İrana təhvil veriləcək. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Təbrizdə bildirib. Onun sözlərinə görə, İranla Azərbaycan arasında məhbusların ekstradisiyası, hüquqi yardım və mübadilə sahəsində üç hüquqi müqavilə mövcuddur: “Hər iki ölkə arasında bu sahədə yaxşı və müsbət əməkdaşlıq var. Bu baxımdan cari ildə İran həbsxanalarında cəza çəkən 4 nəfər Azərbaycan vətəndaşı da ölkəsinə ekstradisiya olunub. Azərbaycanda cəza çəkən İran vətəndaşlarının cinayətləri daha çox narkotik maddələrlə bağlıdır”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM