Məsələ ilə bağlı "Azadlıq" radiosunun sorğusuna cavabda «Oxfam» məlumatı qismən təsdiqləyib.Təşkilatın baş ofisindən verilən açıqlamaya görə, qurumun Azərbaycandakı proqramı hökumət tərəfindən araşdırılır, “amma «Oxfam»-a qarşı heç bir rəsmi ittiham” irəli sürülməyib: “Hazırda «Oxfam» hökumətin tələbləri üzrə lazımi məlumatları təqdim edir, lakin Azərbaycan hökumətinin təşkilata qarşı irəli sürə biləcəyi qanun pozuntusu ittihamını sübut edəcək və ya istintaq əməliyyatını əsaslandıracaq hansısa dəlilə sahib olduqları barədə dəqiq məlumatımız yoxdur”."Oxfam" Azərbaycandakı 20 illik uğurlu fəaliyyətindən sonra yerli hökümətin təşkilatın işinə qoyduğu məhdudiyyətlərlə bağlı narahatçılıq keçirir: “Biz işçi heyəti və tərəfdaşlarımıza qarşı olunan bu qısnamanın dayandırılması və "Oxfam"ın Azərbaycandakı önəmli fəaliyyətinin davam etdirilməsi üçün hökumət strukturları ilə danışıqlar aparırıq”.Hələlik bu məlumatla bağlı Bakıdakı rəsmi qaynaqlardan hər hansı reaksiya almaq mümkün olmayıb.«Oxfam» 1990-cı illərin əvvəlindən Azərbaycanda fəaliyyət göstərir. Təşkilat azərbaycanlı köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün çoxsaylı layihələri maliyyələşdirib.Təşkilat hazırda da Azərbaycanda köçkünlərlə yanaşı, yerli icmaların gücləndirilməsi və təbii fəlakətlərə qarşı ehtiyatların görülməsi ilə bağlı hökumət və qeyri-hökumət təşkilatlarının layihələrinin icrasına yardım edir.ANN.Az