2016-cı ildə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 2015-ci illə müqayisədə 28% artaraq 234,4 milyon manat olub.
anews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun 60,7%-i nömrələrin təqdim olunması üzrə xidmətlərdən, 24,6%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 1%-i müalicə və sağlamlıq xidmətlərindən, 13,7%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Gəlirlərin 139,8 milyon manatı (59,6%) xarici vətəndaşlara göstərilmiş xidmətlər nəticəsində formalaşıb. Belə ki, 2015-ci illə müqayisədə mehmanxana xidmətlərindən istifadə edən xarici vətəndaşların sayı 33,3% artaraq 660,9 min olub.
Onların arasında Rusiya Federasiyası vətəndaşları 14,2%, Türkiyə vətəndaşları 10,5%, Böyük Britaniya vətəndaşları 8,7%, İran vətəndaşları 7,2%, ABŞ vətəndaşları 3,3%, Ukrayna vətəndaşları 2,9%, Almaniya vətəndaşları 2,7%, İtaliya vətəndaşları 2,2%, Gürcüstan vətəndaşları 1,9% təşkil edib, 46,4% isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbi vətəndaşlar üzrə gecələmələrin sayı 24,7% artaraq 1 mln. 195,9 min adam-gecə olub.
Mehmanxana və mehmanxana tipli müəssisələrdə çalışan işçilərin orta illik sayı 8,3% artaraq 9062 nəfər olub və bir işçiyə düşən orta aylıq nominal əmək haqqının məbləği 555,2 manat təşkil edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !