Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) iyunadək nəzərdə tutulan bütün beynəlxalq turnirləri qeyri-müəyyən müddətədək təxirə salıb.
"Report"un məlumatına görə, bu barədə qurumun rəsmi saytı xəbər yayıb. Bildirilib ki, bununla bağlı bütün yerli federasiyalara məktub ünvanlanıb.
Təxirə salınan yarışlara Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan Dünya Kuboku da daxildir.
Mart ayından əvvəl qazanılan nəticələr isə qüvvədə saxlanılıb. Bundan əlavə, yarışlar dayandırıldığından, idmançıların reytinq cədvəli də "dondurulub".
Turnirlərin yalnız pandemiya dövrü başa çatdıqdan sonra başlayacağı bildirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !