Azərbaycan idmançıları 2017-ci ilin ilk 9 ayı ərzində beynəlxalq yarışlarda 584 medal qazanıblar.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən anews.az-a verilən məlumata görə, medallardan 193-ü qızıl, 186-sı gümüş, 205-i bürünc olub. Medallar dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında, həmçinin "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları və Tayvanın Taypey şəhərində keçirilmiş 29-cu Ümumdünya Yay Universiadasında əldə olunub.
Bundan başqa, hesabat dövründə Azərbaycanda 28 beynəlxalq yarış keçirilib, 169 beynəlxalq yarışda isə ölkənin yığma komandalarının iştirakı təmin olunub.
Qeyd edək ki, Azərbaycan idmançıları İslamiadada 162, Universiadada 8 medal qazanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !