Azərbaycan İçərişəhərə görə beynəlxalq mükafata layiq görüldü

12:00 | 20.11.2013
Azərbaycan İçərişəhərə görə beynəlxalq mükafata layiq görüldü

Azərbaycan İçərişəhərə görə beynəlxalq mükafata layiq görüldü

Azərbaycan Respublikası "Xarici ölkə tərəfindən ən əhəmiyyətli layihənin reallaşdırılması" nominasiyasında "Mədəni irsin qorunması və onun dəyərinin artırılmasına görə - "Italian Heritage Award" nüfuzlu beynəlxalq mükafata layiq görülüb.

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANN.Az-a verilən məlumata görə, "İtalian Heritage Award" mükafatları restavrasiya, heykəltaraşlıq, mədəniyyət, incəsənət, muzey işi, arxeologiya və digər sahələrdə 26 nominasiyada təqdim edilir.

Builki müsabiqənin 400-ə yaxın iştirakçısının təqdim etdiyi layihələri doqquz ay ərzində 25 nəfərlik münsiflər heyəti nəzərdən keçirib.

Mükafat Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi vasitəsilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM